Rusiyada qəzada ölənlərin cəsədlərinin qalıqları tapıldı

rusiyada-qezada-olenlerin-cesedlerinin-qaliqlari-tapildi
Oxunma sayı: 982

Rusiyada “An-12” tipli təyyarənin qəzaya düşdüyü ərazidə nəqliyyat vasitəsinin göyərtəsində olan 9 nəfərin cəsədinin qalıqları tapılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, İrkutsk Regional Məhkəmə Tibb Bürosu həlak olan 9 nəfərin cəsədlərinin və qalıqlarının tapıldığını təsdiqləyib.

Qeyd edək ki, Belarusun “Qrodno” aviaşirkətinin “An-12” tipli təyyarəsi noyabrın 4-də qəzaya uğrayıb. O, müqavilə əsasında məhsulların şimaldan Çukotkaya çatdırılmasını həyata keçirib. Təyyarənin qəzaya düşməsinə şaxtalı yağışın səbəb olduğu deyilir.