Rusiyada qırıcı təyyarə qəzaya düşdü

rusiyada-qirici-teyyare-qezaya-dusdu
Oxunma sayı: 1817

Rusiyanın Leninqrad vilayətində “MiQ-31” qırıcı təyyarəsi qəzaya düşüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə məlumatı Qərb Hərbi Dairəsi yayıb.

Məlumata görə, ekipaj üzvləri katapult ediblər. Bildirilir ki, təyyarə təlim-məşq uçuşu zamanı qəzaya düşüb. Hadisə yerinə axtarış-xilasetmə xidmətinin 3 “Mi-8” helikopteri göndərilib.

İlkin məlumata görə, təyyarənin qəzaya düşməsinə səbəb texniki nasazlıq olub.