Rusiyada qızıl şaxtasında uçqun olub

rusiyada-qizil-saxtasinda-ucqun-olub
Oxunma sayı: 699

Rusiyanın Çelyabinsk vilayətinin Plastovsk rayonunda qızıl hasilatı şaxtasında uçqun olub.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, 163 şaxtaçı evakuasiya olunub, 3 şaxtaçının taleyi isə hələ ki, məlum deyil.

Uçqun 700 m dərinlikdə baş verib.

Hadisə yerinə yanğınsöndürənlər və təcili yardım briqadası cəlb edilib.