Rusiyada qripdən ölənlər 126-ya çatdı

rusiyada-qripden-olenler-126-ya-catdi
Oxunma sayı: 771

Rusiyada bu günə olan göstəricilərə görə, ağır qrip infeksiyasından 126 nəfər ölüb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. Ölkədə hazırda epidemioloji hədd 48 faizi keçib.

Qeyd edilir ki, donuz qripi və kəskin respirator virus xəstəlikləri ilə əlaqədar ölkənin 47 regionunda karantin tətbiq edilib.