Rusiyada radarlardan itən sərnişin təyyarəsi tapıldı - Yenilənib

rusiyada-radarlardan-iten-sernisin-teyyaresi-tapildi
Oxunma sayı: 4017

Rusiyada “An-28” tipli sərnişin təyyarəsi Tomsk əyalətinin səmasında radarlardan itib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, müxtəlif məlumatlara görə, təyyarənin göyərtəsində 13 və yaxud 17 nəfər var.

Aviasiya xidmətində olan bir mənbənin verdiyi məlumata görə, təyyarənin qəzaya düşmə ehtimalı yüksəkdir. Ekipaj ilə hələ də əlaqə qurmaq mümkün olmayıb.

Qeyd olunur ki, təyyarə uçuşdan əvvəl texniki olaraq qaydasında olub.

***

“TASS”ın məlumatına görə, “An-28” tipli sərnişin təyyarəsi tapılıb.

FHN göyərtədə 4-ü ekipaj üzvü və 15-i sərnişin olmaqla 19 nəfərin olduğunu açıqlayıb. Xəsarət alan yoxdur.

***

REN TV təyyarənin salonundan görüntülər yayıb.