Rusiyada raket zavodu yanır - Video+Yenilənib

rusiyada-raket-zavodu-yanir
Oxunma sayı: 1890

Rusiyanın Krasnoyarsk şəhərində “Krasmaş” raket zavodu yanır.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, zavodun dam örtüyündə başlayan yanğın soyuducu sexin 2500 kvadrat metr ərazisini əhatə edir. Yanan dam uçub. Hadisə yerinə 9 tanker göndərilib. Zavodun dam örtüyü köhnə və taxtadan olduğundan alov sürətlə yayılıb.

Yanğını əvvəlcə üçüncü, daha sonra isə dördüncü çətinlik səviyyəsinə aid ediblər.

*** 

Yanğının sahəsi 24 min kvadrat metr ərazini əhatə edib. Alovun qonşu sexlərə keçmə təhlükəsinin olmadığı bildirilir. Yanğınla 64 nəfər mübarizə aparır.

***

“Roskosmos”dan verilən məlumata görə, yanan zavod deyil, zavodun ərazisində yerləşən soyuducu anbarıdır.

***

Yanan soyuducu sexində partlama təhlükəsi olan heç bir vasitə yoxdur. Bu barədə Krasnoyarsk şəhər administrasiyasından bildirilib. Yayılan tüstünün də insan səhhətinə hər hansı təhlükə yaratmadığı deyilib. Bununla belə, yaxınlıqdakı evlərin sakinlərinə pəncərələri açmamaq tövsiyə edilib.