Rusiyada Konstitusiya dəyişikliklərlə bağlı aprelin 22-də keçirilməsi planlaşdırılan referendumun təxirə salınacağı bildirilir.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, vedomosti.ru saytı Prezident Administrasiyasındakı 3 mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, artıq koronavirus səbəbi ilə referendumun təxirə salınması və iyun ayında keçirilməsi haqda siyasi qərar verilib. Regional hökumətlərə təşviqat hazırlıq işlərinin dayandırılması tapşırılıb.
Son xəbərlər
Son Xəbərlər