Rusiyada rekord yoluxma - Qonşu ölkələrdə son vəziyyət

rusiyada-rekord-yoluxma
Oxunma sayı: 1368

Gürcüstanda son 24 saat ərzində daha 4260 nəfərdə “COVID-19” aşkarlanması ilə ölkədə koronavirusa yoluxma halı 147 min 636-ya çatıb.

“Qafqazinfo” xəbər verir ki, ölkədə sutka ərzində daha 45 nəfərin xəstəlikdən vəfat etməsi ilə ölüm hallarının sayı 1387-ə çatıb. Ümumilikdə sağalanların sayı isə 124 min 568 nəfərdir.

Rusiyada  isə son bir gündə 28 min 145 yeni yoluxma faktının qeydə alınması ilə günlük yoluxma hallarında rekord göstərici qeydə alınıb.

Rusiyanın koronavirusla mübarizə üzrə əməliyyat qərərgahının məlumatında qeyd edilir ki, 24 saat ərzində 554 pasiyent ölüb. Ölkə üzrə ümumilikdə 2 milyon 375 min 546 nəfər insan koronavirusa yoluxub.

Ermənistanda son sutka ərzində daha 1277 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 138 min 508 nəfərə çatıb. Daha 26 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 2254-ə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.