Monakoda yaşayan rusiyalı teleaparıcı, aktrisa və model Viktoriya Bonya Rusiyada satışını dayandıran Fransanın “Chanel” brendinə məxsus çantanı doğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri o, instaqram səhifəsində paylaşıb.
“Əgər “Chanel” evi öz müştərilərinə hörmət etmirsə, niyə biz “Chanel” evinə hörmət etməliyik?”, - o deyib.
Bonya videonu aşağıdakı şərh və #byebyeCHANEL həştəqi ilə paylaşıb: “Heç vaxt görməmişəm ki, hansısa brend “Chanel” kimi özünü müştərilərinə qarşı belə hörmətsiz aparsın”.
Qeyd edək ki, “Chanel” Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyada satışını dayandırıb.
Son xəbərlər
Son Xəbərlər