Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artdı

Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artdı
Oxunma sayı: 1014

Rusiyanın Orenburq vilayətində saxta spirtli içkidən zəhərlənərək dünyasını dəyişənlərin sayı artıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, daha bir nəfər saxta spirtli içkidən dünyasını dəyişib və bununla da, zəhərlənərək həlak olanların sayı 35-ə çatıb.

Məlumata əsasən, daha 3 nəfər isə əvvəlki kimi süni ventilyasiya aparatına qoşulub. Bildirilir ki, həlak olanlar da daxil olmaqla sözügedən vilayətdə 64 nəfər saxta spirtli içkidən zərər görüb.

Qeyd edək ki, Rusiyanın Orenburq vilayətində ötən həftə spirtli içkidən kütləvi zəhərlənmə qeydə alınıb. Saxta içki satışı ilə bağlı doqquz nəfər şübhəli şəxs qismində saxlanılıb. Onlardan üçü azərbaycanlıdır. 1992-ci il təvəllüdlü Şirvan Səxavət oğlu Babazadə, 1986 və 1987-ci il təvəllüdlü Əliyev soyadlı şəxslər də daxil olmaqla saxlanılanlar barədə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun: Rusiyada kütləvi zəhərlənməyə görə azərbaycanlılar həbs edildi - Fotolar+Video