Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artır

rusiyada-saxta-spirtli-ickiden-olenlerin-sayi-artir
Oxunma sayı: 1242

Rusiyanın Sverdlovsk vilayətində daha bir neçə nəfər saxta spirtli içkinin qurbanı olub.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, daha 7 nəfər metanoldan zəhərlənərək dünyasını dəyişib.

Sözügedən şəxslərin 15-20 oktyabr aralığında dünyasını dəyişdiyi bildirilir. 

Qeyd edək ki, bu yaxınlarda Sverdlovsk vilayətində 18 nəfərin metanoldan zəhərlənərək dünyasını dəyişdiyi məlum olub. Vəfat edən şəxslərin qanında metil spirti aşkar olunub. İstintaq belə hesab edir ki, saxta spirtli içki vilayətin administrativ mərkəzi Yekaterinburqun Çkalovsk rayonunda bazarda satılıb. İnsidentlə bağlı cinayət işi başladılıb və iki şübhəli şəxs saxlanılıb. Yekaterinburq məhkəməsi oktyabrın 18-i sözügedən şəxslərin saxlanılma müddətini 72 saat artırıb.

Həmçinin oxuyun: Rusiyada saxta spirtli içkidən ölənlərin sayı artdı