Tatarıstan respublikasında sərnişin avtobusu ilə yanacaq daşıyan yük maşını toqquşub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” Fövqəladə Hallar Xidmətinin regional bölməsinə istinadən məlumat yayıb.
“Yol qəzasında ölənlərin sayı 13 nəfərə çatıb, 12 nəfər xəsarət alıb”, - deyə məlumatda qeyd edilib.
Qəzanın Zainsk şəhərinin yaxınlığında baş verdiyi açıqlanıb. Hadisə zamanı sərnişin avtobusunda sürücüdə daxil olmaqla 28 nəfər olub. Qəzadan sonra hər iki nəqliyyat vasitəsi yanmağa başlayıb.
Son xəbərlər
Son Xəbərlər