Rusiyanın Domodedova hava limanında "Etihad Airways” şirkətinin təyyarəsi təcili eniş edib.
“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, buna səbəb Əbu-Dabi-Çikaqo reysində sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Hadisə yerinə təcili yardım xidmətinin əməkdaşları cəlb olunub.
Təyyarə yaxın saatlarda marşrut üzrə uçuşunu davam etdirəcək.
***
Məlumata görə, ürək çatışmazlığından əziyyət çəkən qadın sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Son xəbərlər
Son Xəbərlər