Rusiyada səsvermə bitdi

rusiyada-sesverme-bitdi
Oxunma sayı: 2854

Rusiyada konstitusiyaya ediləcək dəyişikliklərlə bağlı ümumxalq səsverməsi başa çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, sonuncu seçki məntəqələri qərb regionu olan Kalininqrad vilayətində Bakı vaxtı ilə saat 22:00-da bağlanıb.

Qeyd edək ki, Rusiyada konstitusiya dəyişiklikləri ilə bağlı ümumxalq səsverməsi aprelin 22-nə təyin edilsə də, ölkədə koronavirus pandemiyası səbəbindən yaranan epidemioloji vəziyyət səbəbindən referendum 25 iyun- 1 iyulun tarixinə təyin olunub.