Rusiyada şəxsi vertolyot qəzaya düşdü - 3 ölü

rusiyada-sexsi-vertolyot-qezaya-dusdu
Oxunma sayı: 996

Rusiyada şəxsi vertolyot qəzaya düşüb.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, Kamçatkada qəzaya düşən “Robinson-44” vertolyotundan 3 nəfərin meyiti tapılıb. Vertolyot dörd nəfər üçün nəzərdə tutulduğu üçün qəza bölgəsində axtarış davam etdirilir.

Şəxsi vertolyotun kimə məxsus olması isə hələ məlum deyil.