Rusiyada “Signal” messenceri bloklandı

rusiyada-signal-messenceri-bloklandi
Oxunma sayı: 1328

Rusiya qanunvericiliyinin pozulması səbəbilə ölkə ərazisində “Signal” messencerinə giriş məhdudlaşdırılıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rabitə, İnformasiyaTexnologiyaları və Kütləvi Kommunikasiyalar Sahəsinə Nəzarət Federal Xidmətinin (Roskomnadzorun) mətbuat xidməti məlumat yayıb.

“Signal” messencerinə giriş Rusiya qanunvericiliyinin tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb", - deyə bildirilib.

Qeyd olunub ki, messencerdən terror və ekstremist məqsədlərlə istifadənin qarşısını almaq üçün bu qərarın həyata keçirilməsi zəruri hal alıb.