Rusiyanın Sankt-Peterburq şəhərinin şimalında atışma baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Məlumata əsasən, atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır, saxlanılan yoxdur.
Son xəbərlər
Son Xəbərlər