Rusiyada deputat Vitali Milonov sosial şəbəkələrdən istifadə ilə bağlı təklif irəli sürüb.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, deputat sosial şəbəkələrə nəzarətin edilməsini təklif edib. Onun fikrincə, istifadəçi bu zaman şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməlidir. Milonov bu barədə hazırladığı qanun layihəsini Dövlət Dumasına təqdim edib. Qanun layihəsi Dumanın saytında yerləşdirilib.
Xatırladaq ki, Azərbaycanda da analoji təklif irəli sürülmüşdü. Bu barədə Milli Məclisdə deputat Siyavuş Novruzov danışmışdı. Millət vəkili feysbuka girən istifadəçilərin mütləq şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməli olduqlarını bildirmişdi.
Aysel Kərimova

Son xəbərlər
Son Xəbərlər