Rusiyada son 12 gündə ilk yaşandı

rusiyada-son-12-gunde-ilk-yasandi
Oxunma sayı: 2568

Rusiyada mayın 2-dən sonra ilk dəfə koronavirusa yoluxanların sayı 10 mindən az olub. Belə ki, son sutka ərzində daha 9 974 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 252 245-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib. Bildirilib ki, ölkə üzrə aktiv koronavirus xəstələrinin sayı 196 410 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 93 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 2 305-ə çatıb. Ümumilikdə 53 530 pasiyent isə sağalaraq evinə buraxılıb.