Rusiyada son 3 gündə 3 bank bağlandı

rusiyada-son-3-gunde-3-bank-baglandi
Oxunma sayı: 948

Rusiyada daha iki bankın lisenziyası ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Mərkəzi Bankının qərarı ilə “Millenium bank” və “Regnum Bank” ləğv edilib. Buna səbəb kimi isə bank rəhbərliyinin məsuliyyətsiz siyasəti göstərilib.

Bu ilin yanvarın 1-nə olan göstəricilərə görə, “Millenium Bank” aktivlərinin həcminə görə Rusiya bank sistemində 282-ci, “Regnum Bank” isə 586-cə yerdə qərarlaşıb.

Xatırladaq ki, iki gün öncə Rusiya Mərkəzi Bankı bank qanunvericiliyini pozması və kredit risklərinin qiymətləndirilməsi zamanı qayda pozuntularına yol verdiyi üçün Beynəlxalq Səhmdar Bankın da lisenziyasını ləğv etmişdi.