Rusiyada son 37 ilin ən irimiqyaslı hərbi manevrləri başladı - Video

rusiyada-son-37-ilin-en-irimiqyasli-herbi-manevrleri-basladi
Oxunma sayı: 1432

Rusiyada son 37 ilin ən irimiqyaslı hərbi manevrləri başlayıb.

“Qafqazinfo” xəbər verir ki, “Vostok-2018” adlanan manevrlər Uzaq Şərqdə start götürüb və müdafiə naziri Sergey Şoyqunun rəhbərliyi ilə sentyabrın 17-nə kimi davam edəcək. 

Hərbi manevrlərə 300 min hərbçi, 36 min tank, mindən çox vertolyot, təyyarə və pilotsuz uçuş aparatı, həmçinin 80 gəmi cəlb edilib. 

Manevrlərin bir mərhələsində də Çin və Monqolustan hərbi qüvvələri iştirak edəcək.