Rusiyada son 4 ayda COVID-19-a yoluxmada ən yüksək göstərici

rusiyada-son-4-ayda-covid-19-a-yoluxmada-en-yuksek-gosterici
Oxunma sayı: 1994

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 14 723 nəfər artıb. Bu, son 4 ay ərzində (13 fevraldan) ölkədə qeydə alınan ən yüksək göstəricidir.

“Qafqazinfo” TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 357 pasiyent vəfat edib, 9 166 nəfər sağalıb.

İndiyədək Rusiyada 5 208 687 nəfərdə koronavirus aşkarlanıb, 126 430 xəstə dünyasını dəyişib, 4 801 335 nəfər sağalıb. Ölkədə 280 922 aktiv koronavirus xəstəsi müalicə olunur.