Rusiyada son sutka ərzində 13 minə yaxın yoluxma

rusiyada-son-sutka-erzinde-13-mine-yaxin-yoluxma
Oxunma sayı: 1002

Rusiyada son sutka ərzində 12 742 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə “Qafqazinfo” “TASS”a istinadən xəbər verir.

Bununla da ölkədə xəstələnənlərin sayı 4 164 726-ya çatıb. Son sutkada 417  nəfərin vəfat etməsi ilə isə virus qurbanlarının sayı 83 293-ə çatıb.

İndiyədək 3 713 445 nəfər sağalıb. Ölkədə 367 988 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.