Rusiyada son sutka ərzində 771 nəfər koronavirusa yoluxub

rusiyada-son-sutka-erzinde-771-nefer-koronavirusa-yoluxub
Oxunma sayı: 717

Rusiyanın 29 bölgəsində son bir gündə 771 yeni koronavirusa yoluxma faktı qeydə alınıb.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, son 24 saatda xəstəlik səbəbindən 6 nəfər həyatını itirib, 45 nəfər isə sağalıb.

Ən çox yoluxma faktı Moskva şəhərində (595) aşkarlanıb.

Bununla da Rusiyada koronavirusa yoluxanların ümumi sayı 76 bölgədə 3548-ə çatıb. Ümumilikdə 30 nəfər xəstəlik səbəbindən həyatını itirib, 235 nəfər isə sağalaraq evinə buraxılıb.