Rusiyada son sutkada 14 mindən çox yoluxma - Yeni rekord

rusiyada-son-sutkada-14-minden-cox-yoluxma
Oxunma sayı: 870

Rusiyada son sutka ərzində 14 231 nəfərdə koronavirus aşkarlanıb, bununla ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 340 409-a çatıb.

Son sutkada daha 239 nəfərin vəfatı ilə isə virus qurbanlarının sayı 23 205-ə yüksəlib.

Bundan əlavə, indiyədək 1 039 705 nəfər sağalıb.