Rusiyada son sutkada 14 minə yaxın yoluxma

rusiyada-son-sutkada-14-mine-yaxin-yoluxma
Oxunma sayı: 658

Rusiyada son sutka ərzində 13 min 754 nəfərdə koronavirus aşkarlanıb, beləliklə ölkə üzrə koronavirusa günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiyada koronavirusa qarşı mübarizə çərçivəsində yaradılmış informativ portalda məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 milyon 354 min 163-ə çatıb.

Son sutkada daha 286 nəfərin vəfatı isə virus qurbanlarının sayı 23 min 491-ə yüksəlib.

Bu günə qədər 1 milyon 48 min 97 nəfər xəstəlikdən sağalıb.