Rusiyada son sutkada 5 mindən çox insan koronavirusa yoluxdu

rusiyada-son-sutkada-5-minden-cox-insan-koronavirusa-yoluxdu
Oxunma sayı: 1133

Rusiyada son sutka ərzində 5427 nəfərdə koronavirus aşkarlanıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 70 nəfər dünyasını dəyişib, 3649 nəfər isə xəstəxanadan evə buraxılıb. 1565 xəstədə isə xəstəlik kliniki əlamətlər olmadan aşkarlanıb.

Rusiyada ümumilikdə 850 870 nəfər Covid-19-a yoluxub, 14 128 nəfər dünyasını dəyişib, 650 173 pasiyent isə sağalıb.