Rusiyada son sutkada 5 mindən çox yoluxma

rusiyada-son-sutkada-5-minden-cox-yoluxma
Oxunma sayı: 941

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 5 449 nəfər artıb. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 94 pasiyent vəfat edib, 2 690 nəfər sağalıb.

Ümumilikdə Rusiyada 1 062 811 nəfərdə koronavirus aşkarlanıb, 18 578 nəfər dünyasını dəyişib, 876 225 nəfər sağalıb. 168 008 pasiyent müalicə olunur.