Rusiyada son sutkada 9 minə yaxın yoluxma

rusiyada-son-sutkada-9-mine-yaxin-yoluxma
Oxunma sayı: 1342

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 8 702 nəfər artıb.

“Qafqazinfo” TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 337 pasiyent vəfat edib, 7 230 nəfər sağalıb.

Ümumilikdə Rusiyada 4 641 390 nəfərdə koronavirus aşkarlanıb, 102 986 nəfər dünyasını dəyişib, 4 265 509 nəfər sağalıb. 272 895 pasiyent müalicə olunur.