Rusiyada son sutkada COVID-19-a 10 minə yaxın yoluxma

rusiyada-son-sutkada-covid-19-a-10-mine-yaxin-yoluxma
Oxunma sayı: 1808

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 9 289 nəfər artıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 5 053 748-ə yüksəlib.

Son 24 saatda 401 pasiyent vəfat edib, 9 250 nəfər sağalıb. İndiyədək 120 807 xəstə dünyasını dəyişib, 4 670 484 nəfər koronavirusa qalib gəlib.