Rusiyada son sutkada koronavirusa 9 minə yaxın yoluxma

rusiyada-son-sutkada-koronavirusa-9-mine-yaxin-yoluxma
Oxunma sayı: 1393

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 8 780 nəfər artıb.

“Qafqazinfo” TASS-a istinadən bildirir ki, bu barədə ölkənin Koronavirusla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.

Son 24 saatda 332 pasiyent vəfat edib, 7 540 nəfər sağalıb.

Ümumilikdə Rusiyada 4 762 569 nəfərdə koronavirus aşkarlanıb, 108 232 xəstə dünyasını dəyişib, 4 388 008 nəfər sağalıb, 266 329 pasiyent müalicə olunur.