“Qafqazifo”nun AzadlıqRadiosuna istinadən məlumatına görə, Rusiyanın mediaya nəzarət qurumu - Roskomnadzor bildirir ki, Reddit-lə əlaqəyə girməyə çalışsa da sorğusuna cavab almayıb.
Bundan bir həftə əvvəl Rusiyanın media gözətçisi Reddit-i burada çətənə yetişdirilməsinə dair müzakirə açdığına görə bağlayacağı ilə hədələmişdi.
Roskomnadzor bildirib ki, Reddit Rusiyada qadağan edilmiş sosial şəbəkələr siyahısına ölkənin Narkotik Maddələrin Dövriyyəsinə Nəzarət Federal Xidmətinin tövsiyəsi ilə əlavə edilib. Maraqlıdır ki, xidmət həmçinin Vkontakte şəbəkəsindəki səhifəsinin də bağlanması xahişi ilə müraciət edib.
Xəbər verilir ki, Reddit Rusiyada bu yaxınlarda qadağan olunmuş bir çox təşkilatlardan yalnız biridir.
Bundan əvvəl Google, Facebook və Twitter Rusiyanın qanunlarına ehtiram göstərilməsi üçün Roskomnadzor-dan xəbərdarlıqlar alıb.
Ötən il Rusiya bloggerlər üzərinə məhdududiyyətlər qoyan yeni qanun qəbul edib.
Bu qanuna görə auditoriyası 3 mini aşan bloggerlər hakimiyyət orqanlarının qeydiyyatına düşməlidirlər.
Son xəbərlər
Son Xəbərlər