Rusiyada tarixi görüş baş tutdu - Video

rusiyada-tarixi-gorus-bas-tutdu
Oxunma sayı: 2791

Rusiya və Şimali Koreya prezidentləri arasında ilk rəsmi görüş başlayıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Vladimir Putinlə Kim Çen In arasında danışıqlar Rus adasında yerləşən Uzaq Şərq Federal  Universitetinin kampusunda keçirilir.

Liderlər əl-ələ görüşdükdən sonra mətbuata qısa bəyənatlar veriblər.

KXDR rəhbəri bildirib: “Dünyanın bütün diqqəti Koreya yarımadasındakı vəziyyətə yönəlib. Düşünürəm ki, biz bu məsələ ilə bağlı qiymətləndirmə və fikir mübadiləsi aparacağıq və bunu birlikdə həll etməyin yollarına dair çox əhəmiyyətli danışıqlar aparacağıq”.

Rusiya prezidenti də görüşün əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Daha sonra tərəflər arasında yalnız tərcüməçilərin iştirakı ilə təkbətək görüş baş tutub. 50 dəqiqə keçirilməsi nəzərdə tutulan görüş bir saatdan çoxdur ki, davam edir.

***

Liderlərin təkbətək görüşü təxminən iki saat davam edib.