Rusiyada teatrda yanğın, 400 nəfər təxliyyə edildi

rusiyada-teatrda-yangin-400-nefer-texliyye-edildi
Oxunma sayı: 761

Rusiya Federasiyasının Şimali Osetiya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində yerləşən Opera və Balet Teatrının inzibati binasının çardağında yanğın baş verib.  

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, insident nəticəsində 400 nəfər teatrdan təxliyyə edilib.

Hadisə zamanı teatrda məşq prosesinin getdiyi, xəsarət alanların olmadığı bildirilir.