Rusiyada tədqiqat mərkəzində yanğın, ölənlər var

rusiyada-tedqiqat-merkezinde-yangin-olenler-var
Oxunma sayı: 2091

Ötən gün Rusiyanın paytaxtı Moskvadan 25 kilometr şimal-şərqdə yerləşən Fryazino tədqiqat mərkəzində yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın “Platan” Araşdırmalar Mərkəzinin binasının 7-ci mərtəbəsində olub, sonradan digər mərtəbələrə yayılıb.

Yanğın zamanı 8 nəfərin öldüyü bildirilir.

Qeyd edək ki, “Platan” Araşdırma Mərkəzi elektron cihazlar istehsal edir.