Rusiyada təkbaşına “Buça-Moskva” adlı aksiya keçirdi - Fotolar

rusiyada-tekbasina-buca-moskva-adli-aksiya-kecirdi
Oxunma sayı: 3739

Rusiyada naməlum bir şəxs paytaxt Moskvada “Buça-Moskva” adlı aksiya keçirib.

“Qafqazinfo” xəbər verir ki, aksiyanın görüntülərini “Xolod” jurnalı öz teleqram kanalında paylaşıb.

Görüntülərdən məlum olur ki, sözügedən şəxs əlləri bağlı halda Moskvanın müxtəlif hissələrində Buçada qətlə yetirilən dinc sakinləri xatırladacaq şəkildə yerə uzanıb.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Buça şəhərini rusiyalı hərbçilərdən azad etdikdən sonra küçələrdə əlləri bağlı insan cəsədləri aşkarlanıb. Rusiya hərbi komandanlığı sözügedən şəhərdə ukraynalıların işgəncə, təcavüzə məruz qalmasını və qətlə yetirilməsini “təxribat” adlandırıb. Rusiya tərəfi həmin cinayətləri neonasistlərin törətdiyini iddia edib.