Martın 13-də Rusiyanın Samara vilayətinin Bezençuk rayonunda yerləşən Yekaterinovka kəndində keçirilən xüsusi əməliyyat zamanı ölkədə terror aktı törətməyə hazırlaşan silahlı şəxs zərərsizləşdirilib. “Qafqazinfo”nun “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsi (NAK) məlumat yayıb.
Bildirilir ki, həmin şəxs beynəlxalq terror təşkilatlarından birinin üzvü olub. Onun kimliyi müəyyənləşdirilsə də, mətbuata açıqlanmayıb.
Hadisə yerində silahlar, döyüş sursatları və partlayıcı qurğu aşkarlanıb.
Son xəbərlər
Son Xəbərlər