Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Tümen vilayətində Daxili İşlər Nazirliyinin obyektində terror aktının hazırlanmasının qarşısını alıb, tutulan iki Rusiya vətəndaşından evdə hazırlanan yandırıcı və partlayıcı qurğular götürülüb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxslər Tobolsk şəhərinin daxili işlər orqanlarının obyektində evdə hazırlanan partlayıcı qurğunu partlatmağı planlaşdıran kütləvi qətl ideologiyasının tərəfdarlarıdır.
Rusiya İstintaq Komitəsi cinayət işi açıb.