Rusiyada terror törətməyi planlaşdıran yeddi İŞİD üzvü saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Rusiya Federal Xidmət Bürosunun məlumatına görə, Yekatrinburqda saxlanılan İŞİD üzvləri bu ölkə ərazisində terror törətdikdən sonra Suriyaya qayıtmağı planlaşdırıblar.
Saxlanılanlar arasında Rusiya və Mərkəzi Asiya regionu vətəndaşları olub. Onlar Moskva, Sank-Peterburq və Sverdlovsk əyalətində terror hücumu planı hazırlayıblar. Hücumlar zamanı əldə hazırlanmış bombalar istifadə ediləcəkdi. İŞİD-çilərə isə Türkiyədən gələn döyüşçü rəhbərlik edib.
Son xəbərlər
Son Xəbərlər