Rusiyada terror planlayan İŞİD-çilər tutuldu

rusiyada-terror-planlayan-isid-ciler-tutuldu
Oxunma sayı: 1382

Rusiyanın Volqoqrad şəhərində terror aktı hazırlayan 5 İŞİD tərəfdarı həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Volqoqrad mərkəzi rayon məhkəməsi terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfəri 2 ay müddətinə həbs edib.

Daha əvvəl isə Federal Təhlükəsizlik Xidməti Volqoqradda insanları Suriyaya döyüşə göndərən “Pallasovskiy camaatı” adlanan qruplaşmanın özəyini aşkarlamışdı. Qeyd edilən təşkilatın fəaliyyəti Rusiyada Ali məhkəmənin qərarı ilə qadağan edilib.

Aysel Kərimova