Rusiyada təyyarə qəza enişi edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Buryatiya Respublikasının şimalında baş verib. Nəticədə, 2 pilot həlak olub, 22 nəfər isə xəsarət alıb.
Təyyarədə 1-i azyaşlı olmaqla 43 nəfər xilas edilib.
***
Faktla bağlı yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatı ilə bağlı qaydaların pozulması ilə əlaqədar iki və ya daha çox insanın ölümünə səbəb olma maddəsi üzrə cinayət işi başlanıb.
***
Qəzada həlak olan şəxslərin adları açıqlanıb. Bunlar pilot Vladimir Kolomin və bort mexanik Oleq Bardanovdur.
Son xəbərlər
Son Xəbərlər