Rusiyada təyyarə qəzası, 2 ölü - Fotolar

rusiyada-teyyare-qezasi-2-olu
Oxunma sayı: 1303

Rusiyanın Kamçatka yarımadasında “An-2” tipli təyyarə qəzaya düşüb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, qəza Severnie Koryaki kəndi ərazisində baş verib.

Məlumata görə, təyyarənin göyərtəsində iki nəfər olub və onların həlak olduğu bildirilir.

Hazırda hadisə yerində xilasedicilər çalışır. Qəzanın səbəbləri araşdırılır.