Rusiyada təyyarə qəzası- - Fotolar+Video

rusiyada-teyyare-qezasi-
Oxunma sayı: 1562


“Qafqazinfo” Lifenews.ru-ya istinadən xəbər verir ki, Volqoqrad şəhərində SU-24 tipli hərbi təyyarə naməlum səbəbdən düşüb. Təyyarədə olan iki pilotun axtarışları davam etdirilir. Yerli sakinlərin sözlərinə görə, hadisə zamanı pilotlar xilas olmayı bacarıb. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, saat 11:20-də hərbi təlimlər zamanı naməlum səbəbdən təyyarə qəzaya düşüb, araşdırma aparılır. Nazirlik iki pilotub axtarışları barədə məşğul olduqlarını açıqlayıb. 

Qeyd edək ki, sözügedən pilotlar Çeçenıstan və Rusiya-Gürcüstan müharibələrində kəşfiyyat uçuşları həyata keçiriblər.