Rusiyanın Leninqrad vilayətinin Lomonosov rayonunun Qostilitsa kəndi yaxınlığında təyyarə qəzası baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, yüngülmotorlu “Piper” təyyarəsi havada başqa bir təyyarə ilə toqquşub. Nəticədə 3 nəfər həlak olub. Ölənlərdən ikisi kişi, biri qadındır. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri yollanıb.
İlkin məlumata görə, qəzaya pilotun səhvi və ya texniki nasazlıq səbəb göstərilir.
Məlumata görə, yerə çırpılan “Piper” təyyarəsi özəl olub. Qəza zamanı Qostilitsa aerodromunda təlim uçuşları həyata keçirilirmiş.
Son xəbərlər
Son Xəbərlər