Rusiyanın Moskva vilayətinin Solneçnoqorsk dairəsində yüngülmühərrikli təyyarə sərt eniş edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-nin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Klimovo və Timofeyovo kəndləri arasında uçuş həyata keçirən təyyarə bo sahəyə enib. Sərt eniş nəticəsində, ilkin məlumata görə, 2 nəfər xəsarət alıb.
Eniş zamanı hər hansı yanğın baş verməyib. Hadisə yerinə polis və xilasedicilər cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər