Rusiyanın Kemerovo vilayətində “L-410” tipli sərnişin təyyarəsi sərt eniş edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
Vəfat edənlərdən ikisinin pilot olduğu açıqlanıb. Bildirilib ki, sərt eniş Promışlennovski rayonunun Juravlevo kəndi ərazisində baş verib.
***
Qəza nəticəsində xəsarət alanların sayı 17-yə yüksəlib.
İlkin məlumatlara görə, qəzaya mühərriklərdən birinin sıradan çıxması səbəb olub.
Bildirilir ki, təyyarənin göyərtəsində paraşütçülər olub.
***
Qəza qurbanlarının sayı 9 nəfərə çatıb.


Son xəbərlər
Son Xəbərlər