Rusiyada təyyarənin qəzaya düşdüyü yerdən daha iki cəsəd qalığı tapıldı

Rusiyada təyyarənin qəzaya düşdüyü yerdən daha iki cəsəd qalığı tapıldı
Oxunma sayı: 981

Xilasedicilər “An-26” tipli sərnişin təyyarəsinin Kamçatkada qəzaya düşdüyü ərazidə daha iki cəsəd qalığı aşkar ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda məlumatı ölkənin fövqəladə xidmət nümayəndəsi verib.

Ümumilikdə axtarışlar başlayandan bu günə qədər şəxsiyyəti təyin edilməmiş 265 cəsəd qalığı və 22 cəsəd aşkar olunub. Təyyarənin qəzaya düşdüyü ərazidə hazırda 15 nəfər və 6 texnika axtarış işlərini davam etdirir.

Qeyd edək ki, “An-26” tipli sərnişin təyyarəsi iyulun 6-sı qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 28 nəfərin hamısı həlak olub.