Rusiyada ticarət mərkəzi yanan azərbaycanlı sahibkar saxlanıldı

rusiyada-ticaret-merkezi-yanan-azerbaycanli-sahibkar-saxlanildi-
Oxunma sayı: 1473


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, aparılan əməliyyat tədbirləri nəticəsində saxlanılan “Admiral” ticarət mərkəzinin direktoru 30 yaşlı Hüseyn Qəhrəmanov haqda həbs qətimkan tədbirinin seçilib-seçilməməsi ilə bağlı hələ ki, qərar qəbul olunmayıb.  

Hazırda hadisə baş verən yerdə istintaq qrupu çalışır.  DİN faktla bağlı “İnsan ölümünə səbəb olan yanğın təhlükəsizliyi tələblərinin pozulması” maddəsi ilə cinayət işi açıb.