Rusiyada ticarət mərkəzində güclü partlayış - Video - Yenilənib

rusiyada-ticaret-merkezinde-guclu-partlayis
Oxunma sayı: 6772

Rusiyanın Moskva vilayətində “Meqa Ximki” ticarət mərkəzində partlayış baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, yanğın 7000 kvadrat metr ərazini əhatə edir.

Partlayışdan sonra binanın konstruksiyaları uçmağa başlayıb. 

Hazırda yanğın davam edir. Hadisə nəticəsində xəsarət alanlar barədə hələ ki məlumat verilməyib.

***

Ticarət mərkəzinin qəsdən yandırılması insidentin baş verməsinə əsas səbəblərdən biri kimi nəzərdən keçirilir.

***
Fövqəladə xidmət orqanlarının məlumatına görə, “Meqa Ximki”dəki yanğına səbəb qısa qapanma olub.

***

Yanğın nəticəsində 1 nəfər həlak olub.

***

Ölkənin Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğına səbəb binada aparılan qaynaq işləri zamanı yol verilən qayda pozuntusu olub. Belə ki, işçilər yanğını söndürə bilməyərək binanı tərk ediblər. 

***
Hipermarketin yanması nəticəsində dəyən zərər 20-30 milyard rubla çata bilər. 

***

Hipermarketdə baş verən yanğın söndürülüb, hazırda hadisə yerində soyutma işləri aparılır.