Rusiyada ticarət mərkəzində güclü yanğın - Video

rusiyada-ticaret-merkezinde-guclu-yangin
Oxunma sayı: 1806

Rusiyanın Omsk şəhərinin mərkəzində “Triumf” ticarət kompleksində güclü yanğın baş verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, yanğın ticarət mərkəzinin anbar hissəsində qeydə alınıb.

Hazırda yanğının söndürülməsi üçün 120-dən çox yanğınsöndürən cəlb olunub.

İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb.